Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
12 Noyabr 2019 10:11 SosialAzərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 12 noyabr - Konstitusiya Günü münasibətilə xalqı təbrik edib.
Birinci vitse-prezidentin paylaşımında deyilir:
"Əziz həmvətənlər!
Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31