Oqtay Şirəliyev Cəlilabadda vətəndaşları qəbul edib

Oqtay Şirəliyev Cəlilabadda vətəndaşları qəbul edib

Noyabrın 8-də səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Cəlilabad və Biləsuvar rayon sakinlərini qəbul edib. "Olaylar" xəbər verir ki, vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31