Ağcabədi sakinində odlu silah aşkar edilib
Ağcabədi sakinində odlu silah aşkar edilib
8 Noyabr 2019 15:10 SosialAğcabədi sakinindən narkotik və tapança aşkarlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini D.Salmanovun evindən 100 qram heroin, 100 qram marixuana, metamfetamin, habelə paslanmış vəziyyətdə "Makarov" markalı tapança və 1 ədəd tapançaya bənzər qaz silahı aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31