Yardımlıda ekoloji maarifləndirmə tədbiri keçirilib
Yardımlıda ekoloji maarifləndirmə tədbiri keçirilib
8 Noyabr 2019 15:09 SosialYardımlı rayonu Şiləvəngə kənd tam orta məktəbində növbəti ekoloji maarifləndirmə tədbiri keçirilib. "Olaylar" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü, Yardımlı rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı və iştirakı ilə Yardımlı rayonunun Şiləvəngə kənd tam orta məktəbində növbəti ekoloji maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə ətraf mühitin mühafizəsi, meşələrin qanunsuz qırılması,məişət tullantılarının idarə olunması, xüsusilə də polietilen və plastik tullantıların ərtaf mühitə vurduğu mənfi təsirlər barədə geniş məlumatlar verilmişdir.Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.