Bu yolda rənglənmə işləri aparılacaq
Bu yolda rənglənmə işləri aparılacaq
7 Noyabr 2019 17:09 SosialAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, 7-9 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-101 km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31