Sürücünü bıçaqla hədələyib avtomobili qaçırdı

Sürücünü bıçaqla hədələyib avtomobili qaçırdı

DİN-in "102" Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olmuşdur. DİN-dən "Olaylar"a bildirilib ki, müraciətlə əlaqədar Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, noyabrın 6-da saat 1 radələrində 20 Yanvar küçəsində Abşeron rayon sakini E.Cəfərovun idarə etdiyi "Daewoo Gentra" markalı avtomobilə sərnişin qismində oturan şəxs Cavadxan küçəsinə gedəcəyini bildirmişdir. Həmin ərazidə o, sürücünü bıçaqla hədələyərək avtomobildən düşürmüş və qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk etmişdir.

19-cu Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə  dəfələrlə məhkum olunmuş C.Zeynalov qısa müddətdə müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31