Göygöldə çoban itkin düşüb
Göygöldə çoban itkin düşüb
7 Noyabr 2019 13:17 SosialŞamaxı rayonunun Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-də səhər saatlarında çoban işlədiyi Göygöl rayon Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, onun əlamətləri belədir: Boyu 160-165 sm., arıq bədən quruluşlu, qarabəniz, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur. Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, hərbi şalvar, başında papaq, ayağında idman ayaqqabısı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070) 252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.