İçərisində 10 min manat olan seyf oğurlanıb
İçərisində 10 min manat olan seyf oğurlanıb
7 Noyabr 2019 13:15 SosialPaytaxt Bakıda oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10.000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31