Prezident Musa Yaquba ev verdi
Prezident Musa Yaquba ev verdi
7 Noyabr 2019 10:30 SosialPrezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya şairin özü məlumat verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır.
Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib:
"Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31