Gömrük Akademiyasında növbəti təlimlərə stsrt verilib

Gömrük Akademiyasında növbəti təlimlərə stsrt verilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında DGK Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat idarəsi, ərazi baş gömrük idarələrinin əməliyyat və təhqiqat idarəsi və şöbələrinin əməkdaşları üçün ixtisasartırma təlimləri keçirilir. Təlimlər əməkdaşların peşə və ixtisas biliklərini artırmaq, eləcə də onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə təşkil olunur."Olaylar" xəbər verir ki, noyabrın 6-da sözügedən ixtisasartırma təlimlərinin dinləyiciləri ilə görüşən Akademiyanın rəisi Qulu Novruzov bildirib ki, Akademiya Əməliyyat-İstintaq Baş İdarəsi ilə əməkdaşlıqda artıq ikinci qrupu qəbul edir. O, proqramın iş prosesində zəruri olan mövzuları əhatə etdiyini bildirib, lazım olan fərqli bacarıq və səriştələrin aşılanmasının vacibliyini önə çəkib. Qulu Novruzov gömrük əməkdaşlarının təlimləri müvəffəqiyyətlə bitirməsinin Akademiya üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb. O, Akademiyada bu təlimlərin təşkilinin həm də tələbələr üçün stimul olduğunu deyib. Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov şəxsi heyətin bilik səviyyəsinin artırılmasında göstərilən köməkliyə görə Akademiyanın professor-müəllim heyətinə təşəkkür edib. İdarənin fəaliyyət istiqamətləri, aparılan islahatlar və struktur dəyişikliklərindən söz açan Baş İdarə rəisi mükəmməl hüquqi baza, imkan və şəraitin yaradıldığını deyib. Təlimlərin əhəmiyyətinə toxunan Məsum Rəsulov əməkdaşların bilik səviyyəsinin və bacarıqların artırılmasının vacibliyini vurğulayıb.Sonra növbəti təlimlər başlayıb.Qeyd edək ki, ixtisasartırma təlimləri dekabrın 4-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31