9 ayda 1 ton 74 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

9 ayda 1 ton 74 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Cari ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən ümumilikdə müxtəlif  adda 1 ton 74 kiloqram narkotik vasitə çıxarılıb. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 114 kiloqram çoxdur. Bu barədə DİN-dən verilən məlumatda bildirilir ki, həmin narkotik vasitələrin 664 kiloqramı qurudulmuş marixuana, 127 kiloqramı heroin, 168 kiloqramı tiryək, 11 kiloqramdan artığı isə psixotrop maddələr olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və alqı-satqısına qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31