Növbəti özəlləşdirilmə hərracı 12 noyabr tarixində keçiriləcək

Növbəti özəlləşdirilmə hərracı 12 noyabr tarixində keçiriləcək

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Budəfəki hərracda respublikanın müxtəlif regionlarında yerləşən kiçik dövlət müəssisələri özəlləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospektindəki qeyri-yaşayış binasının faydalı sahəsi 211.4 kv.m-dir. Dövlət əmlakı 375 kv.m-lik torpaq sahəsi ilə birgə hərracda 15 min manata özəlləşdirildi. İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən Təmir-Tikinti Sahəsinin faydalı sahəsi 137.1 kv.m, torpaq sahəsi isə 1864.3 kv.m-dir. Budəfəki hərracda Lənkəran və Neftçala rayonlarında yerləşən əmlak kompleksi və ticarət obyekti kimi dövlət əmlakları da özəlləşdirildi.

Qeyd edək ki, növbəti özəlləşdirilmə hərracı 12 noyabr tarixində keçiriləcək. Hərraca çıxarılan dövlət əmlakları ilə tanış olmaq və iştirak statusu qazanmaq istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Vətəndaşlar dövlət əmlakları üzrə sifarişləri elektron formada verməklə yanaşı, hərraclarda onlayn iştirak edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31