9 ayda Məhkəmə ekspertizası mərkəzində 24.000-dək iş icra olunub

9 ayda Məhkəmə ekspertizası mərkəzində 24.000-dək iş icra olunub

Cari ilin 9 ayında Məhkəmə ekspertizası mərkəzinə 41 ekspert ixtisası üzrə 24.000-dək iş icra olunub. Ekspertlər tərəfindən 675 mindən çox suala cavab verilib. Qaldırılmış məsələlərin 99.5 faiz həllinə nail olunub. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, ekspert araşdırmalarının keyfiyyətinin və operativliyinin, iqtisad ekspertizaları sahəsində işin səmərəliliyinin artırılması məqsədilə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin strukturu təkmilləşdirilib, ştat sayı artırılıb, ekspertiza fəaliyyətinə əlçatanlığın asanlaşdırılması, yerli məhkəmə və hüquq-mühafizə orqanlarına köməklik məqsədilə Mərkəzin əlavə yeni - Lənkəran regional bölməsi yaradılıb. Həmçinin, ekspertiza fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsinə dair qanunvericilik və qabaqcıl təcrübələr nəzərdən keçirilib, ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, ekspertiza təyin edilməsi ilə bağlı tərəflərin hüquqlarının genişləndirilməsi, həmçinin ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi, bununla bağlı müvafiq lisenziyaların verilməsi və digər mütərəqqi yeniliklərə dair layihələr hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31