200 hakim barəsində intizam icraatına başlanılıb- 15 ildə

200 hakim barəsində intizam icraatına başlanılıb-15 ildə

Məhkəmələrdə süründürməçilik və digər mənfi hallara qarşı hər zaman qəti tədbirlər görülür. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilb ki, Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyət göstərdiyi 15 il ərzində 200 hakim barəsində intizam icraatına başlanılıb, 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla - fəaliyyəti qeyri-məqbul qiymətləndirilib, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb.

Məlumatda bildirilib ki, şəffaflığın və qərəzsizliyin, habelə qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmələrdə mütəmadi yoxlamalar və monitorinqlər aparılır. Qısa müddət ərzində 40-dan çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31