"Mediasiya haqqında" qanun gələn ildən tətbiq ediləcək

"Mediasiya haqqında" qanun gələn ildən tətbiq ediləcək

Mübahisələrin məhkəmədən kənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə mediasiya institutunun ölkəmizdə səmərəli tətbiqi, bu sahədə Avropa İttifaqı ilə birgə yeni layihə təşviq olunub. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  növbəti ildən tətbiq ediləcək "Mediasiya haqqında" Qanunun implementasiyası ilə əlaqədar nazirlik tərəfindən çoxsaylı normativ sənəd layihələri hazırlanaraq qəbul olunub. Eyni zamanda, Mediasiya Şurasının yaradılması, mediasiya üzrə təlimçilərin, mediatorların hazırlanması, hakimlərin bu sahədə təlimatlandırılması, əhatəli maarifləndirmə tədbirlərinin təşkil olunması və s. ilə bağlı işlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31