Pərviz Bülbülə Türkandan AYRILDI - SƏBƏB
Pərviz Bülbülə Türkandan AYRILDI - SƏBƏB
6 Noyabr 2019 13:47 SosialMeyxanaçı Pərviz Bülbülə duet ortağı Türkan Vəlizadədən ayrılıb.
Söz ustası bu barədə "Hər şey daxil"də bildirib: "Mən heç bir zaman bir insandan səbəbsiz yerə kənarlaşmaram. Mənə qardaş qədər yaxın olan dostumun toyu idi, Türkanı çağırdım, gəlmədi. Mən də buna görə ona uğurlar arzu elədim. Ayrılığa səbəb budur".
Qeyd edək ki, P.Bülbülə Türkandan öncə Damla ilə duet ortağı olub. Meyxanaçı bu yaxınlarda Damla ilə barışıb.
lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31