Nazirlik Göyçaydakı ağır qəza barədə məlumat yaydı
Nazirlik Göyçaydakı ağır qəza barədə məlumat yaydı
6 Noyabr 2019 12:02 SosialSəhiyyə Nazirliyi Göyçayda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlarla bağlı məlumat yayıb.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Göyçayda rayon mərkəzində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 3-ü lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.