Mingəçevir şəhərində vətəndaşlar qəbul ediləcək

Mingəçevir şəhərində vətəndaşlar qəbul ediləcək

Təhsil nazirinin müavini Firudin Qurbanov noyabrın 15-də Mingəçevir şəhərindəki Gənclər Evində 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək. "OLAYLAR"-a nazirlikdən bildirilib ki, qəbulda Bərdə rayonunda və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 6-12 noyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının "Vətəndaşların qəbulu" bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31