Dövlət qulluğu vəzifələrinə müsabiqə elan olundu
Dövlət qulluğu vəzifələrinə müsabiqə elan olundu
5 Noyabr 2019 14:00 SosialNoyabrın 5-də 11 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib. Dövlət İmtahan Mərkəzindən "Olaylar"a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 20-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 40-ı B növü vəzifələrə (inzibati-icraçı) aiddir. Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsində şöbə müdiri, inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzində direktor müavini vəzifələridir. Ümumilikdə isə, Kənd Təsərrüfatı Nazirliyində 17, Dövlət Statistika Komitəsində 10, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 10, Şəki Apelyasiya Məhkəməsində 7, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 5, Ali Attestasiya Komissiyasında 4, Maliyyə Nazirliyində 2, Mədəniyyət Nazirliyində 2, Hesablama Palatasında 1, Milli Arxiv İdarəsində 1, Şirvan Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 60 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb. Ümumi müsahibədə iştirak etmək istəyən noyabrın 25-i saat 18:00-dək (20 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.