Yusifin Rusiyada bir uşaqla atıb gəldiyi Svetlana Bakıya gəldi - VİDEO

Yusifin Rusiyada bir uşaqla atıb gəldiyi Svetlana Bakıya gəldi - VİDEO

Rusiyada yaşayan Svetlana adlı xanım onu atıb Azərbaycana qayıdan həyat yoldaşı Yusifi axtarır.

Olaylar.az  xəbər verir ki, Svetlana Yusiflə 18 il ər-arvad münasibətində olduğunu, bərabər qız övladlarının doğulduğunu bildirib. Qıza Səbinə adı verilib.

Svetlana qızı üçün Yusifin axtarışına çıxdığını deyir: "Mən sevdiyim insanı yox, qızımın atasını axtarıram". 

Yusif 4 il əvvəl rüşvət vermək üstündə saxlanılıb. Onu 5 ildən 8 ilədək həbs cəzası gözləyib. Qızının atasının həbs olunmasını istəməyən Svetlana cinayəti öz üzərinə götürür. 4 ay həbsdə qalan Yusifi azad edirlər. Svetlana nümunəvi vətəndaş və himayəsində azyaşlı qızı olduğundan onu da həbs etmirlər. Hər ikisinə pul cəriməsi kəsilir. 

2015-ci ildə Yusif həbsdən çıxdıqdan sonra Azərbaycana qayıdır. 18 illik həyat yoldaşı Svetlana və qızı Səbinə ilə əlaqələri tam kəsir. 

Svetlana özünün və Yusifin 2 milyon rus rubluna yaxın cəriməni təkbaşına ödəyir.

Göranboyun Veysəlli kəndində yaşayan Yusif evlənib və hazırda 4 övladı var. 


BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31