Hindistanlı pambıq mütəxəssisi Azərbaycana səfər etdi

Hindistanlı pambıq mütəxəssisi Azərbaycana səfər etdi

Nyu Delhidə keçirilmiş Hindistan-Azərbaycan Hökümətlərarası Komissiyanın 5-ci iclası zamanı Hindistan Höküməti Azərbaycan ilə pambıq yetişdirilmə sahəsində əməkdaşlığın araşdırılması üçün pambıq üzrə mütəxəssis Dr. V.N. Vagmareni Azərbaycana səfər edib.

Olaylar.az bildirir ki, Nagpurda yerləşən Pambıq Tədqiqatları üzrə Mərkəzi İnstitutun Direktoru Dr. Vagmare bir həftə ərzində Azərbaycanda olmuşdur. Səfər Hindistanın Bakıdakı Səfirliyi və Azərbaycan Respublikası Höküməti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əlaqələndirilmişdir.

Səfər ərzində Dr. Vagmare Azərbaycan Respublikasında pambıq üzrə araşdırmalarla məşğul müxtəlif rəsmilər, alimlər və tədqiqat institutları ilə qarşılıqlı ünsiyyətdə olmuşdur. Görüşlər zamanı mütəxəssisə fermerlərin üzləşdiyi çətinliklər vurğulanmaqla Azərbaycanda pambıq məhsuluna dair vəziyyət izah edilmişdir. Dr. Vagmare Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunu ziyarət edərək İnstitutun direktoru Dr. Zeynal Əkbərov və digər alimlərlə pambıqa dair vəziyyəti müzakirə etmişdir. O, Hindistanda pambıq yetişdirilməsi haqqında təqdimat edərək Pambıq Tədqiqatları üzrə Mərkəzi İnstitutun hal-hazırda araşdırma apardığı müxtəlif sahələri və onların güclü nöqtələrini nəzərə çatdırmışdır. Çətinliklər müəyyənləşdirilərək və tədqiqatın bəzi sahələrində əməkdaşlıq qeyd olunaraq müxtəlif məsələlər müzakirə olunmuşdur.

Aqrar Xidmətlər Agentliyinin direktoru cənab Seymur Mövlayev Dr. Vagmare ilə görüşü zamanı Hökümət tərəfindən elan olunan prioritetləri qeyd edərək pambıq çeşidinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğun çeşidlərin müəyyən edilməsi, toxum istehsalı və zərərvericilərə qarşı mübarizə sahələrində Dr. Vagmarenin tövsiyələrini almışdır.

Hindistanlı mütəxəssis həmçinin Salyan rayonuna səfər edərək Salyan Regional Aqrar Elm və İnnovasiya mərkəzini və təcrübə sahələrini ziyarət edərək Mərkəzin direktoru Dr. Sədrəddin İbrahimov və alimlərlə müzakirələr aparmışdır. Görüş zamanı Azərbaycanlı rəsmilər fermerlərin üzləşdiyi gəlir potensialı, toxum istehsalı və paylanma kimi problemləri qeyd etmişdir. Mütəxəssis həmçinin, Ucar rayonundakı pambıq emalı müəssisəsi ilə də tanış olmuşdur. Gəncə şəhərində yerləşən Aqrar Universitetə səfəri zamanı Dr. Vagmare fakultə üzvləri və tələbələr qarşısında pambıq becərilməsinə dair təqdimat etdi.

Qeyd edək ki, hindistanlı pambıq üzrə mütəxəssisin Azərbaycana səfəri çox uğurlu keçdi və hər iki tərəf bu səfəri iki ölkə tərəfindən pambıq becərilməsinin təkmilləşdirilməsi üçün gələcək elmi əməşdaşlığın başlanğıcı olaraq müsbət qiymətləndirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31