Bakıda yanacaqdoldurma məntəqəsində şok hadisə – Avtomobillərə yağış suyu vurulub
Bakıda yanacaqdoldurma məntəqəsində şok hadisə – Avtomobillərə yağış suyu vurulub
5 Noyabr 2019 10:57 SosialBakıda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində xoşagəlməz hadisə baş verib.
Şamaxinka adlanan ərazidə, Sumqayıt yolu istiqamətində yerləşən Merd Petrol yanacaqdoldurma məntəqəsində yerə basdırılmış iri benzin çəninə yağış sularının dolması barədə məlumatlar yayılıb.
Bildirilir ki, çənin qapağının yaxşı bağlanmaması səbəbindən ora yağış suları dolub və həmin suyun qarışdığı benzin avtomobillərə vurulub. Bu səbəbdən xeyli avtomobildə ciddi problem yaranıb.
Sürücülər baş vermiş hadisə ilə bağlı məntəqəni günahlandırıblar və obyektin rəhbərliyi həmin maşınların təmirini öz üzərinə götürüb.
News24.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31