Bayraq Qürurumdur və 9 Noyabr həştəq paylaşımlarına start verilir

Bayraq Qürurumdur və 9 Noyabr həştəq paylaşımlarına start verilir

Təhsil Nazirliyi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bayraq Qürurumdur və 9Noyabr həştəq paylaşımlarına start verir. "OLAYLAR"-a nazirlikdən verilən məlumata görə, ümumi təhsil müəssisələri şagirdlərinin qeyd edilən həştəqlərlə vətənpərvərlik, vətənə sevgi mövzusunda əl işlərini və yaradıcılıq nümunələrini sosial şəbəkələrdə paylaşması nəzərdə tutulur.

Məqsədi vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərin, dövlət rəmzləri və atributlarımızın təbliğinə töhfə vermək olan həştəq paylaşımları noyabrın 9-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31