Masallı sakinindən odlu silah götürülüb

Masallı sakinindən odlu silah götürülüb

Masallıda qanunsuz silah aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a  verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Mikayılovdan nömrəsi silinmiş, lüləsi kəsilmiş "İJ-16" markalı tüfəng, 2 ədəd patron və 1 ədəd süngü bıçağı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31