Penitensiar xidmətdə çalışacaq 12 gəncin andiçmə mərasimi keçirilib

Penitensiar xidmətdə çalışacaq 12 gəncin andiçmə mərasimi keçirilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyasını bu il müvəffəqiyyətlə bitirmiş və xüsusi rütbələr verilərək orta rəis heyətində xidmətə qəbul çedilmiş 12 gənc əməkdaşın andiçmə mərasimi keçirilmişdir. Xidmətdən "Olaylar"a verilən məlumata görə, Penitensiar xidmətdə qulluq keçmənin fəaliyyət istiqamətləri barədə gənc əməkdaşlara məlumat verilmiş, onlara gələcəkdə çətin və şərəfli fəaliyyətlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etmək, dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etmək, ədliyyə işçisi adını daima uca tutmaq tövsiyə olunmuş və xidməti vəsiqələr təqdim edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31