Penitensiar xidmətin əməkdaşları qış formasına keçdilər
Penitensiar xidmətin əməkdaşları qış formasına keçdilər
4 Noyabr 2019 14:36 SosialƏdliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində və tabe qurumlarında əməkdaşların peşə hazırlıqlarının yüksəldilməsi, müəyyən olunmuş normativlərə riayət etmələrinə nəzarətin gücləndirilməsi məqsədi ilə xüsusi geyim formasının daşınması ilə bağlı nizamnamə tələblərinə əməl edilməsi xidmət rəhbərliyinin daim diqqət mərkəzindədir. Xidmətdən "Olaylar"a bildirilib ki, bu məqsədlə Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənovun əmrinə əsasən Penitensiar xidmətin Baş idarəsində və tabe qurumlarında şəxsi heyətin qış mövsümü geyim formasına keçidilə bağlı hazırlıq səviyyəsinin yoxlanılması üçün sıra baxışları həyata keçirilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31