Bərpa olunan qaz xəttini yenidən qırdılar
Bərpa olunan qaz xəttini yenidən qırdılar
4 Noyabr 2019 14:12 SosialŞamaxı rayonunda Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen "Çuxuryurd-Sabir" qaz xəttini yenidən zədələyiblər. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, anoloji hadisə noyabrın 3-də 3-cü dəfə idi təkrarlanırdı. Buna baxmayaraq "Azəriqaz" İstehsalat Birliyinin texnikası və işçi heyəti qəzanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olunmuşdu və noyabrın 3-də saat 20:00-da qazın verilişi bərpa olunmuşdu. Bu gün səhər saatlarında isə "Çuxuryurd-Sabir" qaz xəttini yenidən eyni təşkilat zədələyib. Məlumat üçün bildirək ki, sözü gedən ərazidə qaz təchizatının dayandırılması Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub.