Eşşək arabası ilə qonşunun üstündən keçdi

Eşşək arabası ilə qonşunun üstündən keçdi

Ağdam sakini eşşək arabasının altında qalaraq dünyasını dəyişib. Hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində baş verib. Belə ki, kənd sakini, Hətəmov Əli Ələsgər oğlu evinə gedərkən küçədə qonşusu, eşşək arabası ilə hərəkətdə olan Nəsibov Ümid Qulu oğlu ilə mübahisə edib. Ə.Hətəmov U. Nəsibovun keçdiyi yolun ona məxsus olduğunu iddia edərək eşşək arabasına bağlanmış iribuynuzlu heyvanların həmin yoldan keçməsinə mane olub. Ə.Hətəmov bu məqsədlə həmin yolda arabanın qarşısında yerə uzanarak eşşək arabasına bağlanan heyvanların yoldan keçməsinə icazə verməyib. Ü.Nəsibov isə buna məhəl qoymayaraq eşşək arabasını və ona bağlanmış heyvanları qəsdən Ə.Hətəmovun üstünə sürərək onun üstündən keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31