AMEA Mikrobiologiya İnstitunda Bakı Modern Təhsil Kompleksinin şakirdləri qonaq olmuşdur

AMEA Mikrobiologiya İnstitunda Bakı Modern Təhsil Kompleksinin şakirdləri qonaq olmuşdur

AMEA-nın Mikrobiologiya İnstitutu   tərəfindən  17 noyabr Milli dirçəliş günüə həsr edilən "Mikroorqanizmlər uşaqların gözü ilə" müsabiqəsində iştirak üçün əl işlərinin təqdim edilməsi müddəti artıq başa çatmşbıdır.

İkinci dəfə təşkil edilən bu müsabiqə  məktəblilər arasında ciddi marağa səbəb olub. Olaylar.az xəbər verir ki, belə ki,  indiyə kimi həm Bakı və Sumqayıt şəhər, eləcədə Respublikanın rayon məktəblərindən çoxlu sayda əl işləri təqdim edilmişdir. Hazırda müsabiqəyə təqdim edilən işlərin  qiymətləndirilməsi mərhələsinə başlanılıbdır.

Bu sərgidə Bakı Modern Təhsil Kompleksinin şakirdləri xüsusi fəallıq göstərmişlər. Bunu nəzərə alaraq İnstitut  rəhbərliyi həmin məktəbin müəllim və şagirdləri ilə görüş keçirmişdir. Görüşdə İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov  iştirak etmişdir. Məktəblilərin müsabiqəyə təqdim etdikləri işlərlə bağlı sual-cavab təşkil olunmuş və məktəbliləri maraqlandıran suallara cavab verilmişdir. Məktəblilərin mikrobiologiya elminə marağını nəzərə alaraq onlar üçün hər ay İnstitutuda açıq qapı günü təşkil edilməsinə razılıq verilmişdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31