Nəsimi rayonunda vətəndaşların səyyar qəbulu diqqət mərkəzində saxlanılır
Nəsimi rayonunda vətəndaşların səyyar qəbulu diqqət mərkəzində saxlanılır
4 Noyabr 2019 11:57 SosialNəsimi rayonunda 2019-cu ilin oktyabr ayı ərzində RİH Başçısı tərəfindən 4 səyyar qəbul keçirilib, 600 nəfərdən çox sakinin iştirak etdiyi qəbullarda 27 müraciət dinlənilib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilməklə yanaşı, qaldırılan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat verilmişdir. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri və s. məsələlərlə bağlı olmuşdur. Qəbullarda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edilmişdir. Səyyar qəbullarda iştirak edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.