Nazirlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Nazirlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi güclü küləklə bağlı xəbərdarlıq yayıb. 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Olaylar.az-a  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. 

Fasilələrlə yağış yağacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31