Yeni icra başçısından tapşırıq: Yevlaxda 15 il bağlı qalan mərkəzi küçədə hərəkət bərpa edildi
Yeni icra başçısından tapşırıq: Yevlaxda 15 il bağlı qalan mərkəzi küçədə hərəkət bərpa edildi
1 Noyabr 2019 17:06 SosialYevlax rayonunda uzun müddət bağlı qalan mərkəzi yol açılaraq sakinlərin istifadəsinə verilib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, Yevlax Rayon İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev bununla bağlı tapşırıq verib.
Xatırladaq ki, həmin yol Rayon İcra Hakimiyyətinin qarşısından keçdiyi üçün uzun müddət bağlı qalmışdı. Şəhərin mərkəzi küçələrindən hesab edilən yol Heydər Əliyev prospekti ilə kəsişir.
Rayon sakinləri Trend-ə bildirib ki, 15 ildir bağlı olan yol avtomobillərin şəhərin mərkəzi ilə hərəkətinə çətinlik yaradırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31