Sevinc Fətəliyeva: “Heç bir fakta söykənməyən iddialar irəli sürülür”
Sevinc Fətəliyeva: “Heç bir fakta söykənməyən iddialar irəli sürülür”
1 Noyabr 2019 15:44 Sosial"Bir-neçə gündür saytlarda və sosial şəbəkələrdə mənim və həmkarlarımın Primakovun 90 illik yubleyi ilə əlaqədar Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyində həyata keçirilən tədbirdə iştirakımızla bağlı əsassız, heç bir fakta söykənməyən iddialar irəli sürülür. Məlumatın dəqiqliyini yoxlamadan, başqa bir tədbirdə çəkilmiş şəkli yayımlayaraq, onun əsasında rəylər ifadə etmək qərəzdən başaqa mənzərə yaratmır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sevinc Fətəliyeva öz Facebook səhifəsində qeyd edib. Millət vəkili bildirib ki, nəzərə alsaq ki, hər üçümüz Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil edir və AŞPA-nın nümayəndə heyətinin üzvüyük, yanaşmanın hansı məqsədlə həyata keçirilməsi haqqında aydın təsəvvür yaranır: " Bu kampaniyanı həyata keçirənlər unudurlar ki, yalana əsaslanan iddialar heç bir zaman reytinq gətirmir və bütün bunlara cavab dövlətimiz naminə həyata keçirdiyim real fəaliyyətdir. Gəlin xoş məramlı olaraq, dövlətmiz naminə, gələcəyimiz naminə birgə fəaliyyət göstərək, əsassız iddia və cəfəng fikirləri irəli sürənlərə məqsədlərinə çatmağa şərait yaratmayaq!"