DİN dəhşətli avtomobil qəzası barədə məlumat yaydı

DİN dəhşətli avtomobil qəzası barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Şabranda baş vermiş qəza barədə məlumat yayıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, oktyabrın 31-də saat 16 radələrində Şabran rayonunun Ağalı kəndi ərazisində rayon sakini Vasif İsmixanovun idarə etdiyi "VAZ-2106" və Bakı şəhər sakini Ş.Şirvanlının idarə etdiyi "Hyundai HD72" markalı yük avtomobilləri toqquşub. Hadisə nəticəsində V.İsmixanovun sərnişini olan arvadı Könül İsmixanova hadisə yerində, özü isə yerləşdirildiyi xəstəxanada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31