Kadr islahatları cəmiyyət tərəfindən yüksək qiymətləndirilir” – Şərh
Kadr islahatları cəmiyyət tərəfindən yüksək qiymətləndirilir” – Şərh
1 Noyabr 2019 14:53 Sosial"Cənab prezident tərəfindən aparılan islahatlar müxtəlif sahələri əhatə edir. Mənim fikrimcə bu islahatlar əsası strateji yol xəritələri ilə qoyuldu. Düzdür strateji yol xəritələri iqtisadiyyatın inkişafını hədələyirdi. Bu hədəflərin həyata keçirilməsi dövründə digər islahatların, xüsusən də kadr islahatların aparılmasın vacibliyi hiss olunurdu. Cənab prezident tərəfindən bütün addımlar ardıcıllıq və əsaslandırılmış formada atılır".
Bu fikirləri Olaylar.az-a QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, Azərbaycan dövləti heç bir zaman populist addımlar atmayıb: "Bu baxımdan növbəti islahatlar 2018-ci il prezident seçkilərindən sonraya təsadüf edildi. Həmin dövrdən sonra islahatların bir və əsas istiqaməti də kadr islahatları və gənclərin irəli çəkilməsindən ibarətdir. İslahatlar cəmiyyət tərəfindən və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Ölkə başçısı Azərbaycanın inkişafı ilə bağlı fəaliyyətini həm elmi və siyasi nöqteyi nəzərdən, həm də vətəndaşların istək və arzuları baxımdan həyata keçirir".
Sədr qeyd edib ki, bu məqam isə dövlət və vətəndaş birliyinin göstəricisidir: "Son günlər rayon icra hakimiyyətləri başçıları ilə bağlı aparılan gəncləşmə siyasəti də 2 məqamı ilə diqqəti çəkir. Bu strukturlara yeni düşüncəli şəxslərin gəlməsi müsbət addımdır. İkincisi isə köhnə kadrlar da artıq yeni çağrışlara uyğun işləmək məcburiyyətində olduqlarını anlayacaqlar".