“Edilən dəyişikliklərin hər biri təcrübə ilə yeniliyin sintezidir”

“Edilən dəyişikliklərin hər biri təcrübə ilə yeniliyin sintezidir”

"Azərbaycanda həyata keçirilə struktur dəyişiklikləri inkişafa doğru atılan addım, günün reallığıdır. Bununla yanaşı həyata keçirilən kadr və strukturislahatları özündə idarəçiliyin optimallaşmasını, çevikliyini əxz etdirir". Bu fikirləri Olaylar.az -a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Prezident İlham Əliyevin Yevlax şəhərinə və Xaçmaz rayonuna yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən müxtəlif tapşırıqlar verdiyini deyən ekspert bildirib ki, ölkə başçısı qəbulda rüşvətxorlıq, korrupsiyanın aradan qaldırılması ilə bağlı mesaj verərək ən sərt formada xəbərdarlığını etdi: "Dövlət başçısı söylədi ki, Azərbaycanda rüşvətxorluğun, korrupsiyanın kökü kəsilməlidir. Sözsüz ki, korrupsiya bütün dünyada var və buna qarşı mübarizə aparılır. Dünyanın bir parçası olan Azərbaycanda da Dövlət başçısının tapşırığına əsasən mübarizə tədbirləri həyata keçirilir. Prezident İlham Əliyev yeni təyin olunan kadrlara da ilk olaraq məhz bu istiqamətdə tapşırıq verir".

B. Quliyev söyləyib ki, yeni kadrlar vəzifəyə təyin olunarkən əsas hədəf onların məmur kimi vətəndaşa xidmət etməsidir: "Cənab prezidentin qarşıya qoyduğu əsas vəzifələrdən biri vətəndaşın yanında olmaq, onların problemlərinin həlli istiqamətində addım atmaqdır".

Baş redaktor hesab edir ki, Azərbaycanda həyata keçirilən son kadr, struktur islahatları dövlətin güclənməsinə, vətəndaşların, ailələrin rifahına xidmət edəcək: "Edilən dəyişikliklərin hər biri təcrübə ilə yeniliyin sintezi olmalıdır. Ölkə başçısı ötən gün qəbulda da qeyd etdi ki, Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bu o deməkdir ki, yeniliyi təcrübənin əsasında formalaşdırmaqla həm dünyanın çağırışlarına qoşulur, həm də təcrübədən imtina etmirik. Cənab prezident vurğuladı ki, atılan addımlardan sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı kampaniya təşkil etmək yolverilməzdir. Bu, sadəcə olaraq irəliyə doğru atılan addım kimi qiymətləndirilməlidir. Təcrübə ilə yeniliyin bir arada olması, yalnız işin müsbət formada inkişafına xidmət edə bilər. Azərbaycanın şərq ölkəsi, eləcə də islami dəyərlərə, şərq ənənələrinə malik olduğumuzu unutmamalıyıq. Bu baxımdanda da gələcəyimizi mənəvi əxlaqi dəyərlərimizi, tarixi kökümüzü qorumaqlaqurmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31