Oktyabr ayında AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 2030 müraciət daxil olub

Oktyabr ayında AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 2030 müraciət daxil olub

2019-cu ilin oktyabr ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi"nə ümumilikdə 2030 müraciət daxil olub. "OLAYLAR"-a Agentlikdən bildirilib ki, daxil olan müraciətlərdən 374-ü sertifikatlaşdırma və qeydiyyat, 476-ı idxal-ixrac əməliyyatları, 180-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 104-ü işə qəbulla, 871-i isə digər xarakterli müraciətlər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31