Yağış paytaxtdakı svetoforlarda problem yaradıb
Yağış paytaxtdakı svetoforlarda problem yaradıb
1 Noyabr 2019 11:00 SosialYağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində svetoforların işində texniki problem yaranıb. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, hazırda svetoforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.
Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31