Tədqiqatçı-alim: “Rektor cinayət məsuliyyətinə cəlb olunmalıdır”
Tədqiqatçı-alim: “Rektor cinayət məsuliyyətinə cəlb olunmalıdır”
31 Oktyabr 2019 14:20 SosialBakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 yanvar faciəsi törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak edib və tələbə-gənclərə diplomlar təqdim edilib.
Bu hadisə sosial şəbəkələrdə ciddi etiraza, tənqidə və qınağa tuş gəlib. Ziyalılar bu müsabiqəyə görə BSU rəhbərliyinin istefaya səsləyiblər.
Tədqiqatçı-alim Nazir Əhmədli Olaylar.az-a açıqlamasında əli Azərbaycan xalqının qanına bulaşmış bir cəlladın təbliğinə həsr edilmiş bu cür müsaqibənin keçirilməsini cinayət adlandırıb. O, universitetin rektoru, professor Nurlana Əliyevanın cinayət məsuliyyətinə cəlb edilməsini məqsədəuyğun hesab edib: "Çox təəssüf edirəm ki, bu cür adamlar yüksək vəzifələr tuturlar. N. Əliyevanı Pedaqoji Kollecin direktorluğundan bu vəzifəyə gətirən adam vəzifədən kənarlaşdırıldı. İndi bu rektor xanımı da yola salmaq lazımdır. Əvvəla, indiki gənc nəsil çox güman ki, Primakovun kim olduğunu yaxşı tanımır. Bu isə gənclərin vətənpərvərlik tərbiyəsinin nə qədər yetərsiz olduğunun göstəricisidir. Tələbələr Primakovu tanımaya bilərdi, amma bunu rektor, prorektor, dekan haqqında demək olmaz. Onlar sadəcə olaraq Azərbaycanın çörəyini yeyib xarici dövlətə işləyən casuslardır. Onların bu əməlində cinayət tərkibi var. Belə bir müsqibənin keçirilməsi xalqımızın qanını tökən başa bir cəllad-Andranikə həsr edilmiş bu cür tədbirin təşkilatçılığından heç nə ilə fərqlənmir".