Məhkəmələrdə işlərin sayı əhəmiyyətli dərəcədə artıb

Məhkəmələrdə işlərin sayı əhəmiyyətli dərəcədə artıb

Bankların problemli kreditləri ilə bağlı on minlərlə işlərin icraata daxil olması məhkəmələrdə iş yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumatda bildirilib. Qeyd olunub ki, kateqoriya işlərin icrası üzrə Azərbaycan Banklar Assosiasiyası ilə işgüzar əlaqələr qurularaq zəruri tədbirlər görülüb. Məlumatda həmçinin bildirib ki, problemli kreditlərin həlli ilə bağlı 2019-cu il 28 fevral tarixli Fərman dövlət başçısının vətəndaşlara qayğısının əyani təzahürü olaraq vaxtı keçmiş borcların ödənilməsinə dövlət dəstəyini təmin etməklə əhalinin üzləşdiyi maliyyə itkisini qarşılamağa, sosial rifahının yüksəlməsinə, bankların fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31