Nazirlik Oqtay Güləliyevin durumu ilə bağlı məlumat yaydı

Nazirlik Oqtay Güləliyevin durumu ilə bağlı məlumat yaydı

Hüquq müdafiəçisi Oqtay Güləliyev dünən axşam saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Klinik Tibbi Mərkəzə aparılıb. "Olaylar"ın məlumatına görə,  Səhiyyə Nazirliyindən bildirilib ki, həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar:"Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Güləliyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".

Oqtay Güləliyevin oğlu Əli Güləliyevin bildirdiyinə görə, həkimlər atasının  vəziyyətinin kritik olduğunu bildirirlər: "Beynində qanın həcmi artıb. Gözlərindən birində bərəlmə var. Süni nəfəs verirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31