Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdünün təqdimatı keçirilib

Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdünün təqdimatı keçirilib

Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramında iştirak etmək üçün ən yaxşı azərbaycanlı iştirakçıları seçmək məqsədilə Bakıya səfəri çərçivəsində Alman Bundestaqının deputatı Yan Metslerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olublar.

Olaylar.az bildirir ki, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramını son dərəcə yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq proqramın üstünlüklərindən və əhəmiyyətindən söz açıb. Proqram haqqında məlumat verən səfir onun Alman Bundestaqı prezidentinin xüsusi himayəsi və Berlinin üç universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, bu proqram hər il ali məktəbi bitirən gənclərə Bundestaqın bir deputatının yanında çoxaylıq iş təcrübəsi keçərək parlamentar qərarvermə proseslərinə yaxından nəzər salmaq imkanı verir.

Almaniya Bundestaqının deputatı Yan Metsler və Berlin Humbolt Universitetinin prorektoru professor Peter Frenş İPS-proqramı haqqında məruzə ilə çıxış ediblər.

Sözügedən proqramın ötən ilki iştirakçısı, ADU-nun məzunu Zaur Bəndəliyev təcrübə və təəssüratlarını bölüşüb.

Sonda təqaüd proqramından bəhs edən tanıtım çarxı nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31