Yeniyetmələrə ədədlə siqaret satılır

Yeniyetmələrə ədədlə siqaret satılır

Azərbaycanda siqaretlərin tək-tək, ədədlə satılması düzgün deyil. Çünki bu, yeniyetmələrin siqaretə əlçatanlığını artırır".

"Olaylar" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

H.Harmancının sözlərinə görə, tütünlə kofein insanda demək olar ki, eyni səviyyədə asılılıq yaradır.

ÜST rəsmisi əlavə edib ki, tütündən imtina edilmə sistemi yaradılmalıdır: "Bu sistem işlək olmalı və hər kəs tərəfindən dəstəklənməlidir. Amma bu, asan məsələ deyil. Çünki bizimlə mübarizə aparan milyard dollarlıq tütün sənayesi var. Onlar tütünün reklamı üçün milyon dollarlar xərcləyirlər. Biz isə buna qarşı az vəsaitlə mübarizə aparmağa çalışırıq".

O, Azərbaycanda tütünçəkmə ilə mübarizə sahəsində qoyulan bəzi məhdudiyyətlərə əməl edilmədiyini də söyləyib: "İçərişəhər tütündən azad zona müəyyən edilib. Amma hələ də oradakı kafelərdə insanlar tütün çəkməkdə davam edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31