Millət vəkili "Toppuş bacı" haqqında elə sözlər dedi ki... - FOTO
Millət vəkili "Toppuş bacı" haqqında elə sözlər dedi ki... - FOTO
30 Oktyabr 2019 10:56 SosialMilli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) haqqında xoş sözlər yazıb.
Olaylar.az xəbər verir ki, deputataparıcının vətənpərvərliklə bağlı çıxışını bəyəndiyini sosial media hesabından bildirib.

"İndi Space TV-nin səhər proqramına baxıram. Aparıcı, Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) Zəngilanın işğalı ilə bağlı söylədikləri məni yaxşı mənada təəccübləndirdi, Tünzalə xanımın fikirlərində vətənpərvərlik yüksək , Vətən sevgisi təbii idi", - Mirzəzadə qeyd edib.
Qeyd edək ki, 29 oktyabr Zəngilanın ermənilər tərəfindən işğalının ildönümüdür.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31