Təcridxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb

Təcridxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Cəfərov Məhəmməd Rahid oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Lənkəran şəhər sakini Rəsulova Şəbnəm İltifat qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan gödəkcənin cibində gizlədilmiş bükülüdə 2.1 qram narkotik maddə - tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31