Avtomobillər su qiymətinə özəlləşdirilib

Avtomobillər su qiymətinə özəlləşdirilib

Oktyabrın 29-u dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu dəfə hərracda  özəlləşdirilən dövlət əmlakları üzrə ümumilikdə 7-si elektron olmaqla 20 sifariş verilib. Rəqabətli mühitdə keçən hərracda sahibini tapan nəqliyyat vasitələri Nissan, Chevrolet və digər markalara aiddir. "Olaylar" xəbər verir ki, buraxılış ili 2004 olan VAZ markalı avtomobil üçün 12 sifariş qəbul edilib. Rəqabətli hərracda son qiymət olaraq 3 min 50 manat təklif edən qalib iştirakçı bu dövlət əmlakını özəlləşdirib. Hərracda buraxılış tarixləri 2004 və 2006 olan digər avtomobillərin son hərrac qiyməti isə 1800 manat ilə 6 min manat aralığında olub. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac noyabrın 5-i keçiriləcək. Hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Hər bir dövlət əmlakı ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31