Əlçatmaz deputatlarla da əlaqə qurmaq mümkün olacaq
29 Oktyabr 2019 14:47 SosialAncaq köməkçiləri vasitəsilə
Milli Məclis deputatlarla bağlı yenilik edib. "Olaylar" xəbər verir ki, bu vaxta qədər Milli Məclisin internet resursundakı "Deputatlar" bölməsində hər bir parlamentarinin ancaq təvəllüdü, təmsil olunduğu partiya və üzv olduğu komitə qeyd edilmişdi. Budəfəki yenilik isə bir qədər fərqlidir. Bu yenilik hər bir deputatın adı olan "Deputatla əlaqə" bölməsidir ki, həm seçicilər, həm də ictimaiyyət bu bölmədən yararlana biləcək. Belə ki, həmin bölmədə deputatların köməkçilərinin əlaqə telefon nömrələri qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31