Millət vəkili gülüş doğuran görüntüsünü İNKAR ETDİ: "Mənim çıxışım olmayıb" - VİDEO

Millət vəkili gülüş doğuran görüntüsünü İNKAR ETDİ: "Mənim çıxışım olmayıb" - VİDEO

Millət vəkili Xahhüseyn Kazımlının Milli Məclisin komitə iclasındakı çıxışı yenidən paylaşılıb və sosial şəbəkələrdə ciddi müzakirə və gülüş obyektinə çevrilib.

Məsələ ilə bağlı Axar.az-a danışan Xanhüseyin Kazımlı belə bir çıxışı olmadığını iddia edib. Millət vəkili ümumiyyətlə yayılan videoda özünün olduğunu belə inkar edib:

" Axı, yalan-yalan yazırlar. Yəqin səhv salmısınız".

X.Kazımlı sözügedən video ilə bağlı mətbuat konfransı keçirəcəyini də bildirib.

Qeyd edək ki, bu il mayın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" (ikinci oxunuş) qanun layihəsi müzakirə edilib. İclasda komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Tahir Mirkişili, Aydın Hüseynov çıxış edərək 2018-ci ilin büdcəsinin icra göstəricilərindən danışıblar.

Xanhüseyn Kazımlının bu çıxışı da 5 ay öncə Yutub sosial şəbəkəsinə yerləşdirilmişdi. Ancaq maraqlıdır ki, bu gün sözügedən video şəbəkədən silinib, əvəzində isə ötən gün yenidən yüklənən videolar paylaşılmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31