Döşəyin içərisində 6 ədəd mobil telefon aşkarlandı

Döşəyin içərisində 6 ədəd mobil telefon aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Volkswagen Cratter" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü oturacağının üzərindəki döşəyin içərisində gizlədilən 6 ədəd "İpone Xs 64 GB" markalı mobil telefon aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31