Füzulidə avtomobil su kanalına aşıb
Füzulidə avtomobil su kanalına aşıb
29 Oktyabr 2019 12:17 SosialFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Füzuli rayonunun Bala Bəhmənli kəndində "ВАЗ" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31